Menu
Geri İrəli

HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2017 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur
Share Button

heyder eliyev3Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın ən yeni tarixində əlamətdar günlərdən biri də noyabrın 12-dir. Ulu öndərin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası məhz həmin gün ümumxalq səsvermə-referendum yolu ilə qəbul edilmişdir. Ölkəmizin milli dövlətçiliyi tarixində ilk Konstitusiyamızın müstəsna əhəmiyyətini nəzərə alan ümummilli lider Heydər Əliyev 1996-cı il noyabrın 1-də hər il 12 noyabrın təntənəli surətdə qeyd edilməsi barədə Fərman imzalamışdır.

Tarixən ictimai münasibətlərin tənzimlənməsinin əsas və zəruri vasitələrindən biri olan hüquq dövlətin, cəmiyyətin və şəxsiyyətin birgə fəliyyətinin, onların maraq və mənafeləri arasında tarazlığın təminatı kimi çıxış etmişdir. Müasir dövrdə bu münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etmiş, nəinki hüququn, ümumiyyətlə, dövlətin əsas məqsədi insan hüquq və azadlıqlarının, cəmiyyətin inkişafının təmin edilməsinə yönəlmişdir. Xüsusilə də, insan hüquqlarının getdikcə daha artıq beynəlxalq hüquqi əhəmiyyət kəsb etməsi nəticəsində dövlət özünün müstəsna mənafeləri olan subyektdən konstitusiya təyinatını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirmək üçün qanuni və zəruri müdaxilələri həyata keçirən ictimai, hüquqi münasibətlər tənzimləyicisinə çevrilməkdədir.

Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, hətta bəzi hallarda milli barışığın qarantı kimi çıxış edən Konstitusiya, eyni zamanda, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir, cəmiyyət və dövlət quruluşunun əsaslarını, haklimiyyət orqanlarının təşkili, səlahiyyətlərini və fəaliyyət qaydalarını, şəxsiyyətin statusu, insan hüqüq və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri nizama salır. Itusiya bütün hüquq sisteminə xas olan hüquq tənzimləmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyalara da malik olur.

Azərbaycan Respublikasının tarixində bir neçə dəfə Konstitusiya qəbul edilsə də, həmin sənədlər totalitar sistemin tərkibinə daxil olan müttəfiq respublikada qəbul edildiyi üçün xalqın iradəsini, milli maraqlarını əks etdirmir və müasir beynəlxalq insan hüquqlarının tələblərinə cavab vermirdi.

Bu mənada 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran vacib həyati məsələlərdən biri ölkənin gələcək inkişafının müasir dövrün tələblərinə uyğun əsas istiqamətlərinin müəyyən olunması ilə bağlı idi.

Bir qayda olaraq, qeyd edilən istiqamətlərin təməl prinsipləri ölkənin əsas qanunu olan Konstitusiyada əks olunduğu üçün müstəqillik əldə olunmasının şərtləndirdiyi ilk vacib amillərdən biri də Konstitusiyanın qəbulu idi. Bu məqsədlə 1991-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı dövlətimizi rəsmi olaraq Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi. Həmin Aktla Azərbaycan xalqı eyni zamanda öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümümbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququnu bəyan etdi.

Məhz Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin əldə olunması, zorakı dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, həmçinin qarşıya çıxan bir sıra digər təxirəsalınmaz vəzifələrin öz həllini tapması nəticəsində əsas qanunun qəbuluna imkan verən zəruri şərait yarandı. Komissiya tərəfindən hazırlanmış layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Ulu öndər Heydər Əliyevin yeni Konstitusiyamızın hazırlanmasında, qəbul edilməsində gərgin əməyyi və töhvəsi danılmazdır.

Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş hüquqlarının prioteti kimi hamılıqla qəbul edilmiş dəyərlər əsas qanunun təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qqəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermiş, xalqımızın tarixi ənənələrinə milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım olmuşdur. Bu addım sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoyulmasının göstəricisi idi.

Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

İnsan hüquq və azadlıqlarının statusu və onlarla yanaşmada müasir tendisiyalardan çıxış edən Konstitusiyamız həmin hüquq və azadlıqları dövlətin öz vətəndaşlarına verdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edir və onları toxunulmaz, pozulmaz və ayrılmaz elan edir, hamının məhkəmə və qanun qarşısında bərabərliyini tanıyır.

Ötən dövr ərzində Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilib, hakimlərin müstıqilliynin təmin edilməsi, məhkəmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb.bu proseslərin davamı olaraq, yeni qanunvericiliyə müvafiq və nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə hakim seçikiləri keçirilib, hakim korpusunun genişləndirilməsi və yeniləşdirilməsi prosesi uğurla həyata keçirilib və bu gün də davam etdirilməkdədir.

Konstitusiyanın hüquqi dövlət quruculuğu tendensiyalarının tələblərindən irəli gələrək ötən dövr ərzində bir sıra yeni institutlar, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmış və fəaliyyətə başlamışdır.

1998-ci ildən yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır.

Son illər ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasi kursun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən, cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar prosesi və artıq əldə olunmuş əhəmiyyətli nailiyyətlər gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı bir daha artırır. Bu islahatlar milli səviyyədə bir çox fundamental problemlərin həllinə imkan yaratmaqla yanaşı, həm də ölkəmizin inkişaf etmiş dünya birliyinə inteqrasiyasını sürətləndirir, Azərbaycan beynəlxalq nüfuzunu günbəgün artırır.

Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını əlamətdar bayram – Konstitusiya günü münasibətilə ürəkdən təbrik edir, xalqımıza xoşbəxtlik, rifah və əmin-amanlıq arzulayıram.

Elmar Xəlilov,
Sumqayıt Dövlət Universitetinin dosenti, Tarix üzrə fəlsəfə doktoru.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın