Menu
Geri İrəli

Hövsanda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2016 • Baxış sayı: 461 dəfə • Şərh yoxdur

icra-lacin25 avqust 2016-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gələcəkdə görüləcək tədbirlərdən danışaraq, ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən dövrünün də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı o, ölkə başçısının məcburi köçkünlərə olan diqqət və qayğısından, bu qayğının əsasının hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başladığını, bu gündə İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildirib.
Keçirilmiş səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə, Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbulda 57 nəfər iştirak etmiş, 6 nəfərin müraciəti dinlənilərək, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın