Menu
Geri İrəli

İcra başçısının jurnalistlərə verdiyi “Tissot” saxta çıxdı (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2015 • Baxış sayı: 600 dəfə • Şərh yoxdur

95467Milli Mətbuatın 140 illiyi ərəfəsində müxtəlif dövlət və özəl təşkilatlar sayıb-seçdikləri jurnalistlərə mükafatlar və hədiyyələr təqdim edirlər. Jurnalistləri hər il olduğu kimi bu ildə unutmayan təşkilatlardan biri Səbail Rayon İcra Hakimiyyətidir. Qurum bu il ənənəsinə sadiq qalaraq bir qrup jurnalistə Mətbuat Günü münasibətilə hədiyyələr təqdim edib. ANS TV-nin məlumatına görə, verilən hədiyyələr arasında “Tissot” markalı saatlar da olub. Lakin sonradan bir əmma yaranıb. Səbail Rayon İcra Hakimiyyətinin jurnalistlərə hədiyyə etdiyi “Tissot” saatları saxta çıxıb.

Hədiyyəni alan həmkarlarımızdan birinin saatı dayandığından o məntiqi olaraq “Tissot” saatlarının Azərbaycanda satışı ilə məşğul olan VMF şirkətinin mağazalarından birinə müraciət edib. Aldığı cavab isə onu xeyli məyus edib. İcra hakimiyyətinin hədiyyə etdiyi saat Çində istehsal edilmiş saxta mal olub.

“Tissot” brend meneceri Vasif Nəsibov bildirib ki, son zamanlar belə hallar çoxalıb. O qeyd edib ki, I Avropa Oyunları ərəfəsi və ya ondan sonra da bir çox dövlət orqanları külli miqdarada original “Tissot” saatlarını sifarişi edib və sifarişlər heç bir gecikmə olmadan vaxtında öz yerlərinə çatdırılıb. Bundan əlavə saat sifariş edənlərə əlavə hədiyyələr də verilib.


Saxta “Tissot”lardan biri

Əslində belə bir hal digər alıcıların da başına gələ bilər. Buna görə də keyfiyyətli mal almaq istəyən şəxslər həmin brend mallarını satışı sahəsində ixtisaslaşan qurumlara müraciət etməlidirlər. Hər kəs dəyərli brendləri seçən zaman, həmin markaların ölkədəki rəsmi nümayəndəliklərinə müraciət etməlidir.

Jurnalistlərə verilən hədiyyəyə gəldikdə isə əlbəttə ki, bəy verən atın dişinə baxmazlar. Amma bu at deyil saatdır. Jurnalistlər isə saatla vaxtlarını bölürlər. Bu arada vaxtını dəyərləndirən bütün həmkarlarımız, bayramınız mübarək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın