Menu
Geri İrəli

İctimai nəqliyyat gecə saatlarınadək işləyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2017 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

avtobus_261214IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai nəqliyyat vasitələri gücləndirilmiş iş rejiminə keçiblər. Teleqraf.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, yarış günləri avtobuslar bu rejimdə mayın 8-i, 12-i və 22-də işləyəcəklər.

İctimai nəqliyyatın gecə saatlarına qədər işləməsi paytaxt sakinlərinin də ürəyincədir. Bakı Metropolitenində isə qatarlar mayın 12-də və 22-də gecə saat 2-dək, oyunlar ərəfəsində isə gecə saat 1-dək işləyəcək.

Metro və marşrut avtobuslarının gec saatlara qədər işləməsi paytaxta gələn turistlərin rahat hərəkət etməsi, oyunlarla bağlı müxtəlif arenalarda çalışan könüllülər, eləcə də digər vətəndaşların çətinlik çəkmədən evlərinə qayıtması üçün nəzərdə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın