Menu
Geri İrəli

“İDEAL”ın keçmiş baş direktoru barəsində cinayət işi başlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur
Share Button
59c4fcaf007da_idealMəşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL”ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanıb.
sumqayitxeber.com apa-ya istinadən xəbər verir ki, İ. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.
Binəqədi Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, İ. İsmayılov bu ilin yanvarında vəzifəsindən istefa verib.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın