Menu
Geri İrəli

İdmançımız Çində 2-ci oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2016 • Baxış sayı: 114 dəfə • Şərh yoxdur

456701Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın “Synergy Baku” kontinental komandasının təmsilçisi də yer alıb.

Yarışın 4-cü və 12-ci mərhələlərində 2-ci olan və son mərhələ öncəsi ümumi təsnifatda 2-ci yerdə qərarlaşan komandamızın üzvü Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb. Bunula da o, yarışın qalibi, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda 2-ci olub və aktivinə 150 UCİ xalı yazıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın