Menu
Geri İrəli

İlham Əliyev Biləsuvarda

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2016 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərə gəlib.

sumqayitxeber.com  AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib.

Prezident Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub. Dövlət başçısı xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

İlham Əliyev Biləsuvarda
İlham Əliyev Biləsuvarda
İlham Əliyev Biləsuvarda
İlham Əliyev Biləsuvarda

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın