Menu
Geri İrəli

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 508 dəfə • Şərh yoxdur

1464933390_ilham-eliyev98Prezident İlham Əliyev İstanbul Atatürk Hava Limanında törədilmiş terror aktında dünyasını dəyişən insanlara görə,  Türkiyə Respublikasının Prezidenti Zati-aliləricənab Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Lent.az-ın president.az-a istinadən verdiyi məlumatına görə, başsağlığı məktubunda deyilir:  “Hörmətli cənab Prezident, əziz qardaşım, İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını,  birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın