Menu
Geri İrəli

İlham Əliyev: “Mehriban Əliyeva uzun illərdir ki…”

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2017 • Baxış sayı: 71 dəfə • Şərh yoxdur

181847_res_01Mehriban Əliyeva isə təqdimatdan sonra deyib: “Hörmətli cənab Prezident. Mənə göstərdiyiniz yüksək etimada görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin, cənab Prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”.

Mehriban Əliyeva daha sonra bildirib: “Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur”. (“Trend”)

*   *   *14:30

Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

Dövlət başçısı deyib: “Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın