Menu
Geri İrəli

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilir – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2016 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

Millət vəkili, yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlxam Aliev. Portret prezidenta na fone peremen”) kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkilləri, media rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə prezident İlham Əliyevin 21-ci əsrin böyük şəxsiyyətlərindən biri olduğunu bildirib.

A. Əlizadə kitabda İlham Əliyevin lider kimi keyfiyyətlərindən bəhs olunduğunu nəzərə çatdırıb: “Bu kitab Azərbaycan həqiqətlərinin rus dilində dünyaya çatdırılmasına böyük töhfə verəcək. Kitabın aparıcı dillərə tərcümə edilərək nəşr edilməsinə ehtiyac var”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov kitabda dəyərli məlumatların əksini tapdığını söyləyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr həm milli, həm də regional və qlobal maraqlara cavab verir”.

Millət vəkili Musa Qasımlı sabiq prezident Heydər Əliyev, daha sonra bu siyasi kursun layiqli davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu neft strategiyasından danışıb: “Həyata keçirilən neft-qaz siyasəti qeyri-neft sektorunun inkişafına, Azərbaycan xalqının rifahının yüksəldilməsinə xidmət edir”.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin prezident İlham Əliyevin qısa dövrdə nəhəng, titanik işlər gördüyünü vurğulayıb: “Bu, böyük talantla, genlə bağlıdır. Əliyevlər ailəsinin həyatı mübarizədə keçib. Heydər Əliyev SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvü olub, bu, kifayət qədər böyük vəzifə idi. Heydər Əliyev çətin şəraitdə bir çox proqramlar həyata keçirdi. Heydər Əliyev Azərbaycanın müstəqillik illərində Gəncəyə getdi və vətəndaş müharibəsinin qarşısını aldı. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir”.

Millət vəkili, politoloq Rasim Musabəyov prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayıb.

Yazıçı-publisist Natiq Rəsulzadə kitabda prezident İlham Əliyev şəxsiyyətinin parlaq, aydın təsvir edildiyini qeyd edib.

Kitabın müəllifi, millət vəkili E. Axundova deyib ki, bu kitab Azərbaycan və rəhbəri barədə az məlumatlı olan xarici auditoriya üçün nəzərdə tutulub: “Artıq bir neçə xarici nəşriyyat kitabla maraqlanır və nəşr etmək niyyətindədir. Mənim əsas hədəfim İlham Əliyevin portretini yaratmaq, lider və insan kimi keyfiyyətlərini təqdim etmək olub. Bu kitabın ərsəyə gəlməsinin ideya müəllifi akademik Ramiz Mehdiyevdir. Kitabı hazırlayarkən Ramiz Mehdiyevin bir neçə il əvvəl prezident İlham Əliyevin 10 illik fəaliyyəti ilə bağlı müəllifi olduğu “Azərbaycanı dəyişən 10 il” kitabı mənim stolüstü kitabım olub, müəyyən sitatları da bu kitabdan götürmüşəm”.

02e2d9358a9f839ee4ebaaecbeab79ea 3bdae84d8ff3484bd8f85f5915e6e85f 0395d33eaf049f6cb377730300b842da 3697c261e40ddcbd7e1e86803aca4afe 15171096_1186827341411443_1152964697621514823_n 15181626_1186836374743873_8596466999588546281_n 15192662_1186825748078269_3114946762849124273_n 15193539_1186825774744933_8083621719349060164_n 15193612_1186825911411586_1515060408946452173_n 15203241_1186836351410542_3397419837817889786_n 15230572_1186825741411603_8664074511483411323_n eacbd6514c167cc6594fe7d0c5255b04 f574bbf5a1318c2fd9294e2124b35b36 f28182a842f558f69717aa5ad5ce068e

Tədbir çıxışlarla davam edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın