Menu
Geri İrəli

İlham Əliyev Ramili təbrik etdi – “Türkiyəni təmsil edirsən, ancaq…”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2017 • Baxış sayı: 1,061 dəfə • Şərh yoxdur

ilham aliyevPrezident İlham Əliyev yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi təbrik edib.

sumqayitxeber.com AzerTac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Əziz Ramil.

İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.

Sənə idmanda yeni qələbələr arzulayıram”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın