Menu
Geri İrəli

İlham Əliyevdən rinqdə peşəkar davranış

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2015 • Baxış sayı: 292 dəfə • Şərh yoxdur

98086Birinci Avropa Oyunları başa çatsa da, yarışda qızıl medal qazanan Abdulqadir Abdullayevin mükafatlandırma mərasimindəki görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyana gümüş medalı təqdim edərkən tamaşaçılar erməni idmançını fitə basıblar.

Bu zaman dövlət başçısı tamaşaçılara müraciət edərək edərək əl jesti ilə fiti dayandırmalarını istəyib. Prezidentin bu jestindən sonra zalda əyləşən tamaşaçılar idmançını alqışlayıblar və İlham Əliyev bu davranışa görə onlara təşəkkürünü bildirib.

Həmin kadrları 2-ci dəqiqədən izləyə bilərsiniz:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın