Menu
Geri İrəli

“İlin peşəkar gənci” fəxri adlarına Sumqayıtdan kimlər layiq görüldü?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2016 • Baxış sayı: 534 dəfə • Şərh yoxdur
Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin növbəti iclası keçirilib. İclası AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev açaraq, “Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib.
S.Mehbalıyev “Həmkarlar ittifaqları haqqında” Qanunla tənzimlənən AHİK-in üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb: “Son 10 il ərzində Qanuna 38 dəyişikliyin edilməsi həmkarlar ittifaqlarının daha da gücləndirilməsinə, üzvlərimizin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə təkan verib, fəaliyyətimizdə pozitiv dəyişikliklərə yol açıb. Biz inamla deyə bilərik ki, bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutur, apardığı uğurlu sosial siyasət sayəsində böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə yüksək etimad qazanıb”.
AHİK sədri, onu da bildirib ki, Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin səlahiyyətləri “Həmkarlar ittifaqları haqqında” qanuna, sahə həmkarlar ittifaqı respublika komitələrinin nizamnamələrinə və “Azərbaycan həmkarlar ittifaqlarında hüquq müfəttişliyi haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən edilib. Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən, respublikamızda əmək qanunvericiliyinə əməl edilməsinə və işçilərin əmək hüquqlarının qorunmasına dövlət nəzarətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. İşçilərin əmək hüquqlarının, sosial və iqtisadi mənafelərinin qorunmasına ictimai nəzarəti isə həmkarlar ittifaqları yerinə yetirir. Təkcə son üç il ərzində əməyin hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında, ümumilikdə, 551 monitorinq və araşdırma aparılıb. Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib və aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilib”.
S.Mehbalıyev, daha sonra bildirib ki, Azərbaycan həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən əlillərin hüquqlarının qorunması sahəsində onlara yardımçı olmaqdır.
AHİK sədri, onu da vurğulayıb ki, maarifləndirmə məqsədilə Azərbaycan həmkarlar ittifaqlarının “Ülfət” qəzetinin “Hüquq məsləhətxanası” səhifəsindən, respublika dövri mətbuatından istifadə edilir.
S,Mehbalıyev diqqətə çatdırıb ki, son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia qaldırıblar: “Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnib. Son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36007 ərizə və şikayət daxil olub. Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən, 2350-si işə bərpa ilə bağlı olub və 872 nəfər işə bərpa edilib”.
Tədbirdə sahə həmkarlar ittifaqı orqanlarında çalışan, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adları təqdim edilib.
Mükafatçılar arasında sumqayıtlılar da olub. Gənc müəllimə Quliyeva Xəyalə Xeyrullah qızına və tanınmış şahmatçı, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovaya fəxri adlar təqdim olunub.
21-12-16-1 21-12-16-8
xeyale
Facebook Şərhləndirmə:

Şərhinizi yazın