Menu
Geri İrəli

İmamverdi İsmayılov: “Azərbaycan dünya miqyasında seçilmiş, müstəqil siyasət aparan, iqtisadi müstəqilliyini təmin edən ölkədir”

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur

«Azərbaycan dünya miqyasında  seçilmiş, müstəqil siyasət aparan, iqtisadi müstəqilliyini təmin edən ölkədir.  Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən ölkəmiz ən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə və tətbiqinə maraq göstərir. Qəbul olunan qanunların dəyişməz hesab olunmaması, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də bu istəkdən irəli gəlir. Yenə də məqsəd hərtərəfli inkişafı daha da sürətləndirməkdir. Təbii ki, bu gün üçün qəbul olunan qanun bu günün tələblərinə cavab verir. Amma illər keçdikcə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında  baş verən yeniliklər bu qanunlara yenidən baxılmasını tələb edir». yap.org.az saytına müsahibəsində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, milli Konstitusiyamızın qəbulundan ötən 21 ildə iki dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi də bu yeniliklərin öz əksini tapması istəyimizdən irəli gəlir. Onun sözlərinə görə, sentyabarın 26-sında keçiriləcək ümumxalq səsverməsində Konstitusiyaya nəzərdə tutulan  əlavə və dəyişikliklər də bu istəyimizin davamıdır.

 «Konstitusiya əlavə  və dəyişikliklərdə  vitse-prezidentlik institutunun yaradılması, prezidentliyə, deputatlığa  namizədlərin yaş həddinin aşağı salınması strtuktur islahatların həyata keçirilməsinin zəruriliyini otaya qoyur. Vitse-prezidentlik  institutu  konstitusion sistemimizdə yeni  institutdur. Məqsəd  ölkənin inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir.  Təkliflərdə  vitse-prezidentin səlahiyyətlərinin nədən ibarət  olacağı ilə bağlı  məsələlər əksini tapmayıb. Azərbaycan xalqı  bu kimi əlavə və dəyişikliklərin  mahiyyətini daha dərindən  dərk edərək,  ölkəmizin daha da yeniləşməsinə,  idarəçilik  sisteminin təkmilləşdirilməsinə. iqtisadi yüksəlişə,  yüksək rifaha,  insan hüquqlarının daha etibarlı təminatına  dəstək olacaqlar»- deyə, İ.İsmayılov qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın