Menu
Geri İrəli

İnanmıram ki, müəllim şagirdi durduğu yerdə vursun…” – Sevda

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2016 • Baxış sayı: 794 dəfə • 2 şərh

12400609_1072007002821555_9039079619390722933_n“Uşaqlara əl qaldırmağın əleyhinəyəm. Gördüyüm, şahid olduğum qədər bəzi uşaqların tərbiyyəsi bir oğul anası kimi məni narahat edir. Valideynlərin övladlarına verdiyi tərbiyyə çox acınacaqlıdır. Nə böyüyə hörməti başa salırlar, nə də heyvanlara davranışı…Ancaq vəhşilik…”

Bu sözləri müğənni Sevda Sanaliyeva sosial şəbəkədə Sumqayıtda şagirdi döyən müəllimə münasibət bildirərkən yazıb.

İfaçı günahi valideynlərdə gördüyünü vurğulayıb:

İnanmıram ki, müəllim şagirdi durduğu yerdə vursun. Əlbəttə, bu hərəkət də düzgün deyil. Nəzərə alsaq ki, o müəllimdir, nümunə göstəricisidir. Valideynlərə sözüm odur ki, sabah övladınıza siz də sözünüzü keçirə bilməyəcəksiz. Övladınızın ətrafa necə davranacaqsa, siz də daha betərini edəcək. Böyüklərə hörmət öyrədin, siz də onu göstərsinlər. “Övladımdır” deyib boş buraxmayın. Bu mənim şəxsi fikrimdir”.

Qeyd edək ki, ötən gün Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə müəllimin şagirdi döyməsi ilə bağlı video yayılmışdı.

22 saylı məktəbin direktoru Tahirə Səfərova açıqmasında deyib ki, tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib.

Direktor həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazdığını bildirib.

Facebook Şərhləndirmə:

“İnanmıram ki, müəllim şagirdi durduğu yerdə vursun…” – Sevda” yazısına 2 cavab

  1. MIRANŞAH deyir:

    bu gun şagirdi vuran müəllimi içdən cıxaran təhsil nazirindən və məkt\b direktorundan soruşmaq lazımdır ki,8- ci sinif şagirdinə kim icazə verib ki sinifə telefonla gəlsin və cəkiliç aparsin. mən birinci o məktəbin direktorunu işdən rədd edərdim.müəllım zırrama şagirdi vurar o tərəfə də kecər. biz hamımız müəllım şapalaqı ılə böyümüşük və buna görə onlara ancaq minnətdar olmalıyıq

  2. Adil m. deyir:

    Hamı müəllimi günahlandırırsa bu düzgün deyil.Sevda xanım çox düzgün qeyd edir: İnanmıram ki,müəllim şagirdi durduğu yerdə vursun.Bunu heç bur müəllim etməz.
    Bəli,XXİ əsrdə yaşayırıq,əllə danışmaq düzgün deyil.Bu qəbul edilməzdir! Ancaq onu da etiraf edək ki.gənclərimizin müəyyən hissəsi özünü ictimai yerlərdə apara bilmir,valideyn sözünü eşitmir və gününü ,ömrünü küçələrdə vaxtını boş keçirməklə keçirir. Bu hamının gözü qarşısında baş verir. Onları qınayanda deyirlər: şəxsi işimdir! Bu hadisədə məktəb direktorunun tutduğu mövqeni dəstəkləyirəm.
    Miranşah bəy çox yaxşı deyir:” biz hamımız müəllım şapalaqı ılə böyümüşük və buna görə onlara ancaq minnətdar olmalıyıq!” Başqa söz ola bilməz!
    Ən dəhşətli hal odur ki,müəllimi qınamaq üçün hamımız birləşirik.Olmazmı bizlər bir yazığı,və ya ən ağrılı yerimiz olan kimsəsizlərə, xəstələrə dəstək olaq və əlimizdən gələn köməyimizi əsirgəməyək! Bu allaha da xoş olar!

Şərhinizi yazın