Menu
Geri İrəli

İndiyə qədər fəaliyyət göstərən ən qədim 10 ŞİRKƏT – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2017 • Baxış sayı: 717 dəfə • Şərh yoxdur
Share Button

553592İnkişaf etmiş ölkələrdə əhalinin sayı artdıqca, bizneslərin ömrü qısalır. “Boston Consulting Group”-un tədqiqatlarına əsasən, əhalinin sayı ilə biznes dəyərləri tərs mütənasibdir. Hər il ictimai şirkətlərdə səhmlərinin dəyəri təxminən 10% düşür. Bu, 50 il əvvəl ilə müqayisədə dörd dəfə daha çoxdur.

Keçmiş “Shell” şirkətinin top-meneceri Ari De Qiusin “Canlı şirkət” adlı tədqiqatlarında orta hesabla müasir şirkətlərin cəmi 12 il fəaliyyət göstərdiyi qeyd olunub. “Fortune 500″ reytinqinin daimi iştirakçıları olan şirkətlərdə isə bu göstərici 40-50 il arası müşahidə olunur.

2015-ci ilin statistikasına əsasən, dünyada 1700-cü illərdə əsası qoyulmuş 967 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən 517-si isə bir ölkədə- Yaponiyada yerləşir. Uzunömürlü şirkətlərin 19%-i Almaniyanın payına düşür.

Milli.Az əsası uzun illər əvvəl qoyulmuş, bu günə qədər fəaliyyət göstərən şirkətlər haqqında maraqlı faktları təqdim edir:

1. Nisiyama Onsen Keiunkan oteli

Əsası Fudjivara Maxito Xayakava tərəfindən qoyulan mehmanxana 705-ci ildən fəaliyyət göstərir. Bu günə qədər fəaliyyət göstərən mehmanxana eyni ailənin üzvləri tərəfindən idarə olunur. Mehmanxananın indiki sahibləri 52-ci Maxito nəsli hesab olunur. Bu, dünyada ən köhnə mehmanxana olaraq “Ginnesin rekordlar kitabı”na düşüb. Orta əsrlərdə bu ərazilərə gələn samuraylar mütləq Maxito mehmanxanasında qalırdılar. Mehmanxananın ən məşhur qonaqları içərisində Yaponiyanın 46-cı imperatoru Koukenin adı var. Hazırda fəəliyyət göstərən mehmanxanada bir gecə qalmaq üçün 460 dollar ödəməlisiz.

2. Koman oteli
Dünyanın ikinci ən qədim şirkəti də Yaponiyada yerləşən Koman otelidir. Əfsanəyə görə, Xyuqa ailəsinin başçısı qeyri-adi yuxu görüb. Yuxuda dörd “ilahi elçi” ona Toyooka şəhərində məbəd tikməyi əmr edir. Tikinti zamanı işçilər bu ərazidə istisu mənbəyi aşkar ediblər. Bundan sonra Xyuqa ailəsi 717-ci ildə ərazi yaxınlığında mehmanxananı açmağa qərar verib. Oteldə bir gecə üçün ən ucuz otaq 270 dollardır.

3. Hoşi Ryokan
718-ci ildən fəaliyyət göstərən Xoşi Ryokan mehmanxanası da Yaponiya ərzisində yerləşir. Mehmanxananı nəslin 46-cı nümayəndəsi Zenqro Xoşi idarə edir. Əgər Xoşi ailəsində varis dünyaya gəlmirsə, onlar kənar şəxslərdən birini (yaşından asılı olmayaraq) ya qızlarına həyat yoldaşı kimi, ya da oğlan övladı kimi övladlığa götürürlər. Ənənəvi yapon mehmanxanası yuxarı əyilmiş künclər, tipik maili damlarla fərqlənir. Otelin bir gecə üçün qiyməti adam başına 430 dollar təşkil edir.

4. Tech Kaihatsu
“Tex Kayhatsu” şirkətinin sahibləri iddia edirlər ki, bu şirkət 760-cı ildən fəaliyyət göstərir. Lakin deyilənə görə, şirkət o illərdə dəmirçixana olub. Bir qrup tədqiqatçılar bu faktla razılaşsa da, digər qrup bu faktı inkar edir. Anlaşılmaz məqama səbəb “kayxasu” sözünün (yapon dilindən tərcümədə “inkişaf”) bir çox şirkətlərin adında istifadə olunmasıdır. İndi uzunömürlü biznes şirkəti avtomobil avadanlıqlarının istehsalı ilə məşğuldur.

5. Genda Şiqyo
771-ci ildən fəaliyyət göstərən bu yapon şirkəti 1000 ildən çoxdur ki eyni işlə, yəni kağız paketlər, toy, dəfn və başqa mərasimlərin bəzədilməsi üçün dəvətnamələr, müxtəlif rəngli lentlər istehsal edir. Lentlərin rəngi, sayı və yerləşmə şəkli müxtəlif emosiyaları ifadə edir. Əvvəllər, təxminən 2000-ci illərdə Kantoda dəfn mərasimləri zamanı qara və ağ lentlərdən istifadə edilirdisə, Kiotoda bu rənglər sarı və ağ rənglə əvəz olunurdu. Lakin artıq bir çox ölkələrdə matəm rəngi olaraq qara lentdən istifadə edilir. Amma bu ənənə qədim şirkətin biznesinə heç bir təsir göstərmir.

6. Müqəddəs Pyotrun Anbarı
Avropada ən köhnə şirkət Zalsburqda 803-cü ildən fasiləsiz fəaliyyət göstərən Müqəddəs Pyotrun Anbarıdır. Şirkət sahibləri orta əsrin görkəmli alim, şair və ilahiyyatçısı olan Alkuinanın məktublarında indiki müəssisənin yerində bir zamanlar hansısa yeməkxananın olduğuna dair yazılan qeydlərini təsdiqləyirlər.
Pyotr restoranı dünya ölkələrindən olan bütün turistlərin diqqətini cəlb edir. Əvvəllər adi monastrın yeməkxanası olan məkan indi Zalsburqun ən bahalı və nüfuzlu restoranlarından biridir. Restoranda orta əsrlərin atmosferi hökm sürür. Hər həftə restoranda dünya şöhrətli bəstəkar Mosartın əsərləri səslənir.

7. Staffelter Hof
Almaniyanın Krov şəhərində kiçik ailə tərəfindən idarə olunan çaxır zavodu fəaliyyət göstərir. Dünyanın ən qədim zavodlarından hesab olunan bu məkan haqqında Krov şəhər arxivlərində sənədlər hələ də mövcuddur. Orijinal sənədlərdə şirkətin rəsmi olaraq 862-ci ildən araq istehsalı ilə fəaliyyətə başladığı qeyd olunub. Bu ərazini kilsəyə II Kral Lotar hədiyyə etmişdi. Kilsəyə hədiyyə olunmasına baxmayaraq, girovda olan zavod şərabın istehsalını dayandırmayıb. 1805-ci ildə hansısa Piter Şnayders adlı şəxs 1773 taler (pul vahidi) ödəyərək zavod ilə birlikdə bütün ərazini girovdan çıxardır. Kiçik ailə müəssisəsi kimi 1890-cı ildən fəaliyyətə başlayan şirkət araq və ev likörləri istehsal etməyə başladı. Hazırda şirkət rəhbəri olan şərabçı Yan Klyayn yeddinci Şnayderslər nəslindəndir. 9 hektardan çox üzümlük sahədən alınan müxtəlif növ içkilər Almaniyada çox məşhurdur. İndi Staffelter Hof şirkəti ildə 500 şüşə xüsusi şərab istehsal edir.

8. Tanaka İqa
Kioto şəhərində 885-ci ildən fəaliyyət göstərən yapon şirkəti buddist məbədlərinin bəzədilməsində istifadə olunan bəzək əşyaları istehsal edir.
1131 il əvvəl istehsal etdiyi amuletlər, xüsusi mebellər, çıraqlar və başqa aksessuarlar bu gün də buddist məbədləri üçün istehsal edilir. Şirkətin rəsmi saytında uzun ömürlülüyün sirri haqqında maraqlı məlumatlar yer alır. Tanaka İqanın əsas rəqibi 1024-cü ildən fəaliyyət göstərən Şumiya Şinbutsuquten şirkətidir.

9. “Sean’s Bar”
900-cü ildən İrlandiyada fəaliyyət göstərən bar bu sektorda dünyanın ən qədim müəssislərindən biri hesab edilir. Ərazi yaxınlığında tapılan qədimi sikkələr, su qabları məkanın içinin bəzədilməsində istifadə olunub. Bar ölkənin ürəyi hesab olunan Atlon şəhərində, Şennon çayının sahilində yerləşir. “Sean’s Bar”ın daimi ziyarətçiləri “U2″ qrupunun musiqiçiləri, siyasətçilər, futbol ulduzları və bir sıra tanınmış insanlardır. Qonaqların şəkillərindən ibarət guşə məkana xüsusi gözəllik qatır. Bundan əlavə, barda “Ginnesin rekordlar kitabı” qoyulub. Tezliklə İrlandiyanın Milli Muzeyi tərəfindən müəssisənin yaşının dəqiq göstərildiyi sənəd çıxarılacaq.

10. “The Bingley Arms”
20-ci əsrdə ingilis pivəxanalarında işlər o qədər də ürəkaçan deyildi. İndi ölkədə 50 mindən az pivəxana fəaliyyət göstərir ki, bu rəqəm 100 il əvvəl iki dəfə çox olub. Buna baxmayaraq, Bardsi bölgəsində qədim ənənələri qoruyub saxlayan “The Bingley Arms” kimi müəssisələr hələ də fəaliyyətini davam etdirir. Pivəxana təxminən 100 il əvvəl, hələ adada vikinqlərin, yırtıcıların məskunlaşdığı illərdən fəaliyyət göstərib. Bura bir müddət rahiblərin sığınacağı olub. Lids və Yorkun əsas turistik yerlərinin yaxınlığında yerləşən “The Bingley Arms” ərazinin tarixi haqqında maraqlı məlumat verir. (publika.az)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın