Menu
Geri İrəli

“İnfiniti” ər-arvadı vurub öldürdü – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2017 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur
Share Button

QEZA3Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi  99 XA 337 dövlət nömrə nişanlı ”İnfiniti” markalı avtomobil yolu keçən iki piyadanı vurub.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.

Sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın