Menu
Geri İrəli

“İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir!”

Müəllif: Sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

Lənkəranda ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir…

 DSC_0034

 

MAGİYA ictimai birliyi 25 iyun tarixindən etibarən 27 iyun tarixinədək Lənkəran şəhərində yerləşən AB Qala otelində İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir! layihəsi çərçivəsində Azərbaycan Respublikasının 18 yaşayış məntəqəsindən (Abşeron, Ağdam, Bakı, Füzuli, Gəncə, Goranboy, Xanlar, Laçın, Lerik, Lənkəran, Neftçala, Oğuz, Salyan, Sumqayıt, Şirvan, Şuşa, Ucar, Yardımlı) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 7000 (yeddi min) manatlıq maliyyə dəstəyi ilə 3 günlük təlim kurslarının keçirilməsinə başlamışdır. Təlim kurslarında 13 nəfər qız və 13 nəfər oğlan iştirak edir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi cənab Cavidan Hüseynov və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi qismində isə “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.

Təlim kursunda işçi heyətlə iştirakçılar arasında insan alveri və qanunsuz miqrasiya sahəsində bir çox mövzuların: “İnsan alveri haqqında məlumat: insan qaçaqmalçılığı – qlobal və yerli insan alveri tendensiyalarının hüquqi aspektdə və rəsmi məlumatlar əsasında təhlili; İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları – mənşə, tranzit və təyinat ölkəsi, readmissiya və repatriasiya məsələləri; Kimlər insan alverinin qurbanları sayılır: potensial insan alveri qurbanları kimlərdir – risk qrupları; İnsan alveri qurbanlarının ehtiyacları və problemləri; İnsan alveri qurbanları ilə davranış/ünsiyyət qaydaları: qurbanlarla müsahibələr – əsas məsələlər; İnsan alveri qurbanlarının reabilitasiyası – əsas prinsiplər, insan alveri qurbanlarına qarşı stereotiplərin aradan qaldırılması, qurbanların inteqrasiya və reinteqrasiya məsələləri; İnsan alveri qurbanlarının müdafiəsi istiqamətində beynəlxalq və milli qanunvericilik, proqramlar və qurbanların sığınacaqlarda yerləşdirilməsi mexanizmləri; İnsan alveri ilə mübarizə yolları: Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlıq; Azərbaycan Respublikasında insan alveri qurbanlarına göstərilən xidmətlər; İnsan alveri və məcburi əmək anlayışları, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər; Miqrant kimdir: qanuni və qeyri-qanuni miqrant, əməkçi miqrant və potensial qurbanlar – vətəndaşlığı olmayan şəxslər; Miqrasiya nədir: emiqrasiya və immiqrasiya prosesləri – viza və deportasiya anlayışları; Miqrasiya pro­ses­lərinin idarə edil­məsi və tənzimlənməsində Azər­baycan Res­pub­likasının   qanunveri­ciliyi; Əcnəbilərin ölkəyə giriş və qeydiyyat qaydaları, miqrasiya qanunvericiliyinin pozulması hallarında nəzərdə tutulan prosedurlar və cərimələr” müzakirə olunması və 3 günlük təlim sessiyaları ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından geniş istifadə olunmasını planlaşdırır.

Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi, gənclərə insan alveri və qanunsuz miqrasiya barədə müvafiq bukletlərin təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, 05 may – 05 avqust 2016-cı il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə, gənc qızların, eləcə də potensial qurbanların (məsələn, erkən nikahın iştirakçıları və s.) və digər risk qruplarının (yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.

Əlavə edək ki, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 09 iyul 2016-cı il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın