Menu
Geri İrəli

İnsan barmağını telefona çevirən üzük hazırlanıb CƏMİ 119 DOLLARA

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2017 • Baxış sayı: 586 dəfə • Şərh yoxdur
Share Button

202253_res_01“Kickstarter” saytında “ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir. AzərTAc xəbər verir ki, “Orii” adlanan qurğu şəhadət barmağına taxılan və “bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür. 

Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman “Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.

Bundan başqa, üzük smartfondan istifadə etmədən “Siri” və “Google Now” səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. “iOS” və “Android” əməliyyat sistemləri üçün xüsusi “Orii” mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir.

Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. “Kickstarter” saytında üzüyün qiyməti 119 dollar təşkil edir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın