Menu
Geri İrəli

İntihar edən polis mayoru ilə bağlı yeni xəbər – MƏKTUB YAZIB

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2017 • Baxış sayı: 860 dəfə • Şərh yoxdur
Share Button
ab5e6897c32386d4c554cec07634d34fBakıda bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı bəzi faktlar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyevin sabiq polis əməkdaşı olub.
O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.
Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.
Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl “whatsapp”-da status paylaşıb.
APA onun intihardan əvvəl yazdığı statusu əldə edib və təqdim edir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın