Menu
Geri İrəli

İraq ordusu Kərkükə girdi, kürdlər qaçmağa başladı – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2017 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur
Share Button

htruİraq ordusu Kürd Regional Hökumətinin keçirdiyi müstəqillik referendumundan sonra ilk dəfə olaraq Kərkükə daxil olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusu Kərkük hava limanını geri alıb. Ordu bundan başqa, neft sahələrini, neft-qaz şirkətlərini, şəhərin sənaye bölgəsini, K1 və Keyvan hərbi bazalarını da Məsud Bərzani qüvvələrindən geri almağı bacarıb. Son olaraq isə İraq əsgərləri Kərkükün girişindəki bayraqları endiriblər.

Kürd silahlıları –Peşmərgə isə bəyan edib ki, Kərkükə hücum kürdlərə qarşı müharibə elanıdır və İraq hökuməti buna görə məsuliyyət daşıyır.

 




Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın