Menu
Geri İrəli

İŞİD-lə bağlı ŞOK məlumatlar: hədəfdə Azərbaycan polisi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2016 • Baxış sayı: 970 dəfə • Şərh yoxdur

isidİŞİD terror təşkilatı artıq Suriyada sıxışdırıldığından Azərbaycan, Kipr və Gürcüstan üzərindən Avropaya üz tutur. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, təşkilat son vaxtlarda azərbaycanlı və Şimali Qafqazdan olan üzvlərini Türkiyə və Azərbaycanda terror təşkil etmək üçün hazırlayırlar.

İstanbul Atatürk Hava limanında olan terrordan sonra aparılan əməliyyatlar nəticəsində çox diqqət çəkən məlumatların əldə edildiyi bildirilir. Xarici ölkə kəşfiyyatçıları ilə birlikdə gəlinən son qənaətə görə, artıq Avropa və Türkiyəyə xeyli “canlı bomba”lar göndərilib.

Kəşfiyyat məlumatlarında o da qeyd edilir ki, son əməliyyatlarda bir çox İŞİD üzvü deşifrə olub. Və buna görə də yeni adamlardan ibarət 20-25 nəfərlik bir qrupun yaradılıb. Türkiyə Polisi terrorçulardan ibarət yeni qrup barədə məlumatları bütün bölgələrə göndərib.

Bu məlumatların dərc edildiyi türk saytlarında önəmli bir hissə də Azərbaycanla bağlıdır. “Azəri İŞİD-lilər” kimi təqdim edilən hissədə isə diqqət çəkən məqamlar var. Saytın verdiyi məlumata görə, Türkiyə Polisi bütün əməkdaşlarını azərbaycanlı və Şimali Qafqazdan olan terrorçularla bağlı diqqətli olmağa çağırıb. Məlumata görə, polisin bölgələrə göndərildiyi xəbərdarlıq məktubunda qeyd olunub ki, sözü gedən terrorçuların Azərbaycanda hazırladıqları aksiyalar əsasən polislərə və onların ailə üzvlərinə qarşı yönələcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın