Menu
Geri İrəli

İslamiadada bu gün nələr olacaq? – Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2017 • Baxış sayı: 262 dəfə • Şərh yoxdur

baku2017acilis-(6)_1494699784_1494827275_1494999157IV İslam Həmrəyliyi Oyunları davam edir.

AzVision.az-ın məlumatına görə, bu gün atletika yarışları davam edəcək. Kişilər 200, 400 və 800 m məsafəyə qaçış, 110 m sədlərlə qaçış, lövhə atma və üç təkanla tullanma, qadın idmançılar isə 200, 800 m məsafəyə qaçış, 3000 m maneələrlə qaçış, nüvə itələmə və şüvüllə tullanma üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Boksçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Azərbaycanı yarımfinal görüşlərində Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.
12:00 – 14:30
Kişilər – birinci ən yüngül çəki (46-49 kq)
Kişilər – yarım-yüngül çəki (56 kq)
Kişilər – yüngül yarım-orta çəki (64 kq)
Kişilər – orta çəki (75 kq)
Kişilər – ağır çəki (91 kq)
19:00 – 21:30
Kişilər – ən yüngül çəki (52 kq)
Kişilər – yüngül çəki (60 kq)
Kişilər – yarım-orta çəki (69 kq)
Kişilər – yarım-ağır çəki (81 kq)
Kişilər – superağır çəki (+91 kq)
***
Atıcılıqda son yarış günündə qarışıq komandaların 10 m pnevmatik tapança ilə atəş açma və dairəvi stend yarışlarında qaliblər müəyyənləşəcək.
***
Üzgüçülük turnirində kişilər 50 m batterflay (delfin), 100 m sərbəst, 4X100m kompleks estafet, qadınlar isə 50 və 400 m sərbəst, 100 m batterflay, 200 m brass və 4X100m kompleks estafet üsulu ilə üzmədə yarışacaqlar.
***
Mayın 17-də stolüstü tennis yarışlarına start veriləcək.
10:00 – 14:30
Kişilər – Fərdi 1-ci mərhələ
Qadınlar – Fərdi 2-ci mərhələ
Qadınlar – Fərdi 1-ci mərhələ
16:30 – 19:30
Kişilər – Fərdi 2-ci mərhələ
***
Taekvandoçuların mübarizəsi davam edəcək. Azərbaycanı qadınların yarışında Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), kişilərin mübarizəsində isə Ayxan Tağızadə (68 kq) və Olimpiya çempionumuz Radik İsayev (+87 kq) təmsil edəcəklər.
***
Həmçinin tennis oyunları davam edəcək.
10:00 – 19:00
Kişilər – Fərdi 1-ci mərhələ
Kişilər – Cütlər 1-ci mərhələ
***
Voleybol turnirində kişilərdən ibarət komandaların qrup oyunu, qadınlardan ibarət yığmaların isə yarımfinal oyunları keçiriləcək.
10:00 – 12:30
Kişilər – komanda qrup oyunu A7 (Pakistan – Fələstin)
12:30 – 15:00
Kişilər – komanda qrup oyunu A8 (Azərbaycan – Türkmənistan)
17:00 – 19:30
Qadınlar – komanda 1-ci yarımfinal
19:30 – 22:00
Qadınlar – komanda 2-ci yarımfinal
***
Su polosu millimiz qrupda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
16:30 – 17:30
Kişilər – Komanda qrup oyunu A2-A5 (İran – Türkiyə)
18:00 – 19:00
Kişilər – Komanda qrup oyunu A1-A3 (Azərbaycan – Səudiyyə Ərəbistanı)
19:25 – 19:45
Kişilər – Komanda medal mərasimi
***
Ağır atletika yarışları başa çatacaq.
12:00 – 18:00
Kişilər – 105 kq
Kişilər +105 kq
Qadınlar – 90 kq
Qadınlar +90 kq
***
Oyunların 10-cu günündə yunan-Roma güləşçiləri tatami üzərinə çıxacaqlar. İdmançılarımızdan Murad Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın