Menu
Geri İrəli

İsland qızı ilə evlən, ayda 5 min al – Nazirlikdən açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2016 • Baxış sayı: 1,170 dəfə • Şərh yoxdur
islandiyaİslandiya dövləti onların qadını ilə evlənən immiqrant kişilərə ayda 5000$ pul verməyə başlayıb.

İslandiya mətbuatı xəbər verir ki, ölkədə yaranan kişi qıtlığının qarşısını almaq üçün İslandiya dövləti onların qadını ilə evlənən immiqrant kişilərə ayda 5000 dollar pul verməyə başlayıb.

Artıq Nigeriyadan xeylı kişi turistlər bu ölkəni görməyə gəlib. Digər dövlətlərdə visa rejimi üzərində işləməyə başlayıb.
Qeyd edək ki, İslandiya Xarici İşlər Nazirliyi hökumətin onların qadınları ilə evlənmək istəyən əcnəbi kişilərə maliyyə kompensasiyası təklif etməsi xəbərini təkzib edib.

İslandiya XİN bildirib ki, İslandiyada kişilərin az olduğuna dair iddialar həqiqətə uyğun deyil. Əslində 5 min dollar söhbətini hakerlər tərəfindən ələ keçirilmiş ingilis portalı yayıb. Ehtimala görə, bir turizm şirkəti bu yolla ölkəyə daha çox turist cəlb etmək istəyib. Çünki island qızlarla evlənərək 5 min dollar əldə etmək istəyən xeyli sayda afrikalı İslandiyaya axışsa, turizm şirkətlərinə külli miqdarda xeyir verə bilərlər.

XİN bildirib ki, ötən illərdə yaranmış iqtisadi böhran səbəbindən İslandiya ciddi maliyyə problemləri yaşayır və onun əcnəbi kürəkənlərə xərcləyəcək qədər vəsaiti yoxdur. XİN-in məlumatına görə, island qızların əcnəbilərlə evlənməsinə dair 30-40 sorğu keçirilib, eyni zamanda, sosial şəbəkələrdə çoxlu müzakirə edilib. Ola bilsin ki, 5 min dollar söhbəti bu sorğuların və müzakirələrin nəticəsində ortaya çıxıb. Amma onların heç bir əsası yoxdur.

Femida.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın