Menu
Geri İrəli

İsti ilə bağlı XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2016 • Baxış sayı: 649 dəfə • Şərh yoxdur

isti“Hazırda yay fəsli ilə əlaqədar havanın temperaturunun yüksək olması epilepsiyalı xəstələrdə tutmaların sayının artmasına səbəb olub”.

Bunu report-a nevroloq Rəna Əmirova deyib.

O bildirib ki, günəş aktivliyinin çox olması tutmaları artıran faktor olub, beynin funksional vəziyyətinin dəyişilməsinə və kompensator imkanlarının azalmasına yol açır: “Havanın temperaturunun yüksək olması, həmçinin orqanizmdəki metabolik proseslərin pozulmasına səbəb olur ki, bu da epilepsiya əleyhinə olan preparatların effektinin azalmasına gətirib çıxarır. Müşahidələr göstərir ki, isti və rütubətli iqlimi olan ölkələrdə yaşayan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Günəş şüalarının daha aktiv olduğu vaxtlarda birbaşa gün şüaları altında olduqda, qoruyucu vasitələr olan gün eynəkləri və baş örtüklərindən istifadə etmədikdə tutmalar təkrarlanır. Məhz bu səbəbdən xəstələr infraqırmızı şüaların daha aktiv olduğu vaxtlarda, əsasən saat 11-dən 17:00-a qədər günəş şüaları altında qalmamalı, günvurma hallarının olmaması üçün dənizdə olarkən kölgəyə çəkilməli, gün eynəkləri, baş örtüklərindən istifadə etməli, ən əsası da epilepsiya əleyhinə dərmanlarını vaxtında qəbul etməlidirlər”.

R.Əmirova onu da qeyd edib ki, epilepsiya müxtəlif səbəblərdən yaranan və tutmalarla müşayiət olunan baş beynin xroniki xəstəliyidir. Epilepsiya xəstəliyi müxtəlif səbəblərdən yarandığı kimi, tutmaları təhrik edən faktorlar da müxtəlifdir. Bunlara yuxu rejiminin pozulması, az yatmaq, çox isti hava, günvurma, alkoqol qəbulu, stress, ac qalmaq və s. aiddir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın