Menu
Geri İrəli

İstirahət gününə olan hava proqnozu açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2016 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

hava1Bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah paytaxt və yarımadada gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək (768 mm civə sütunundan 773 mm civə sütununa) olacaq. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın