Menu
Geri İrəli

İtaliyada zəlzələ: Şəhərin yarısı dağılıb, ölənlər var

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2016 • Baxış sayı: 907 dəfə • Şərh yoxdur

italyaİtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 01.36-da qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Güclü zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısı dağılıb, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir. Dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.

Hazırda xilasetmə əməliyyatları davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın