Menu
Geri İrəli

İtkin düşən daha bir neftçinin meyiti tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2016 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib

İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.

SOCAR-dan Lent.az-a verilən məlumata görə, yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və ölkəyə gətirilməsi üçün tədbirlər görülür.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir .

Facebook Şərhləndirmə:

Şərhinizi yazın