Menu
Geri İrəli

İtkin düşən məktəblinin meyiti tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2017 • Baxış sayı: 803 dəfə • Şərh yoxdur

b228a037c35bf83c531d21ac5e0269d1İtkin düşən məktəblinin meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub.

Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.

Hadisənin qətl, yaxud intihar olduğu araşdırılır.

Polisdən T. Sultanovun orta məktəb şagirdi olduğu bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın