Menu
Geri İrəli

Jurnalist Fikrət Fərəməzoğlu 12 ilə qədər azadlıqdan məhrum edilə bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2016 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur

fikretJam.az saytının baş redaktoru Fikrət Fərəməzoğluna barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verir.

Lent.az-a bu barədə vəkil Nemət Kərimli məlumat verib. O, bildirib ki, artıq Nərimanov rayon Məhkəməsinin qərarını alıb: “Qərarı götürmüşük. Rəsmi olaraq 3 maddə ilə cinayət işi açıblar. Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürüblər.  Sabah bununla bağlı apellyasiya şikayəti verəcəyik”.

Vəkil onu da qeyd edib ki, Fikrət Fərəməzoğluna istintaqa məlum olmayan bir qrup şəxslə əlbir olma ilə bağlı ittiham verilib

Qeyd edək ki, F.Fərəməzoğluna verilən ittihamlar sübuta yetirilərsə, jurnalist 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın