Menu
Geri İrəli

Jurnalistlər üçün müsabiqə – 1000 manat mükafat

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2016 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

qelem_111Dünya Türk Gənclər Birliyi İctimai Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyilə müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi təşkil edib.

Axar.az xəbər verir ki, jurnalistlər arasında keçiriləcək.

2016-cı il noyabrın 15-də müsabiqəyə start veriləcək müsabiqəyə noyabrın 30-da yekun vurulacaq.

Müsabiqəyə təqdim olunmuş yazılar arasından xüsusi təyin olunmuş münsif qrupu tərəfindən seçilmiş qaliblər dekabr ayında mükafatlandırma mərasimində elan ediləcək.

- Birinci yerin qalibi 1000 AZN,

- İkinci yerin qalibi 800 AZN,

- Üçüncü yerin qalibi isə 600 AZN məbləğində mükafat alacaq.

Bundan başqa müsabiqədə 3 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunacaq.

Müsabiqənin fərqli cəhəti ondan ibarətdir ki, jurnalistlərdən yeni yazı tələb olunmur. 2016-cı il ərzində bu mövzuda dərc olunmuş yazılar müsabiqəyə təqdim oluna bilər.

Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı xüsusiyyətlərə əhəmiyyət veriləcək:

-Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;

-Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

-İfadə vasitələrinin zənginliyi;

-Oxucu üçün informasiyalılıq dərəcəsi;

-Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqdə);

-Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqdə);

-Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

-Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

-Yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Ünvan: AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyov küç., 26/92, 3-cü mərtəbə, Dünya Türk Gənclər Birliyi İctimai Birliyinin ofisi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın