Menu
Geri İrəli

Kapadokyaya necə gedib, necə gəzməli – ƏYLƏNCƏLƏR, QİYMƏTLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 671 dəfə • Şərh yoxdur
Share Button

06a444Salam dostlar. Çoxlarının “must see” siyahısında olan Kapadokyadan təəssüratlarımı yazmaq istəyirəm, sizlərə kömək olmaq ümidi ilə. İlk öncə qeyd edim ki, bu ərazi çox xoşuma gəldi və hər kəsə ən az bir dəfə gedib görməyi məsləhət görərdim. Kapadokya deyilən ərazi bir neçə kiçik şəhərlərdən ibarətdir; Nevşehir, Göreme, Ürgüp, Üçhisar və s. Nevşehir mərkəzdir və daha çox şəhər kimidir ona görə otelinizi digər şəhərlərdə tutmağınız məsləhət görülür.

Kapadokyaya necə getmək olar?

Nevşehirdəki aeroport hazırda təmirə görə bağlı olduğu üçün təxminən 100 km aralıda yerləşən Kayseri aeroportuna gələ bilərsiz.

Alternativ variant avtobusdur. Biz İstanbuldan avtobusla otelimizin olduğu bölgə Görəməyə getdik (təxmini 12 saat). Bileti obilet.com və ya neredennereye.comsaytlarında 80/90 TL (tək yön) ala bilərsiniz. “Metro” avtobus şirkətini məsləhət görə bilərəm, həddən artıq komfortlu avtobus idi. Avtobusda pulsuz içkilər, şirniyyat, şəxsi TV, telefonu doldurmaq üçün hər 2 oturacağa ayrıca “socket” var idi. Oturacaqlar çox geniş idi, sürücü isə çox yaxşı sürürdü. Geri dönərkən istifadə etdiyimiz “Öncü Səyahət” şirkətinin avtobusu da rahat idi amma sürücü “vəhşi” kimi sürürdü. İstanbula çathaçatda qəza etdi, azmış kimi avtobusdan bıçaq, uzun dəmir çıxarıb o biri sürücünü döyməyə başladı. Həyatımın ən pis avtobus səyahəti idi. Ümumiyyətlə Türkiyəyə gedirsinizsə təklükələrə hazır olun. Yollarda çox pis sürürlər.

Nə zaman getməli?

Ən uyğun zaman yaz aylarıdır mənə görə. Yayda çox isti olur, amma başqa vaxtınız yoxdursa yayda da gedə bilərsiniz mənim kimi.

Harda qalmaq olar?

Qaldığımız Görəmə bölgəsində Kayataş adlı butik ailə oteli   əvvəllər sahiblərinin özlərinin yaşadığı orta böyüklükdə “konak” olmuşdur. Yüksək ərazidə olduğundan otelin terrasından “pəri bacaları”na möhtəşəm görüntü açılırdı. Heç yerə getmeyib

 

saatlarla o görüntünü izləmək olardı. Və hətta səhər tezdən yuxudan qalxsanız terrasdan səmada olan onlarla hava şarını da görə bilərsiniz. Otaqlar mağara stilində idi. 4 nəfər 2 ayrı otaqda  3 gecə qaldıq və cəmi səhər yeməyi daxil 266 AZN ödədik, yəni 1 nəfərə 1 gecəsi 23 AZN. Sahiblər çox mehriban idilər və fikrimcə qiymətə görə çox yaxşı idi.

Nə yemək olar?

İstər İstanbulda, istər də Kapadokyada yemək qiymətləri gözlədiyimizdən daha yüksək oldu. Ən ucuz yerdə balaca armudu stəkan çay 2 TL (çayları çox acı və dadsız gəldi), ən ucuz maraş dondurma 5 TL, ən ucuz yerdə toyuq yeməyi 25 TL, su 1-4 TL, Cola 3-5 TL, ayran 3-4 TL, mərci 6-8 TL, çörək arası dönər (adı dönər idi, içində sadəcə toyuq və göyərti var idi) 10 TLdən başlayır. Görəmədə BİM və A101 marketləri nisbətən ucuz idilər.

Nə almaq olar?

Görəmə mərkəzində küçə boyu çoxlu suvenir mağazaları var. Müxtəlif yörəsəl motivli çantalar (25 TL-dən başlayır keyfiyyətinə görə 500TL kimi gedir), çilçıraqlar, maqnit (2 TLdən başlayır), kiçik suvenirlər, bəzək əşyaları, kiçik yörəsəl stildə düzəldilmiş ev əşyaları (6 ədəd stəkan altlığı 10 TL; 4 əd kiçik kasa 10 TL) almaq olar. Təbii ki, qiyməti mütləq aşağı saldırmaq lazımdır. İstər İstanbulda, istər də Kapadokyada olsun azərbaycanlıyam və tələbəyəm desəniz xeyli qiymət saldıra bilərsiniz (bizdən fərqli olaraq Türkiyədə tələbələrə hörmət və sevgi var). Təbii böyük ehtimal qadın cinsi olmağınız da qiymətə təsir edəcək

 

Nə etmək olar?

Əvvəl qeyd edim ki, Kapadokya 3-4 gün qalmaq bəs edəcək. Bütün otellər istədiyiniz şəkildə sizə tur şirkətlərlə danışıb tur təşkil edə bilər. Həmçinin şəhərdə müxtəlif turlar təklif edən şirkətlərə özünüz yaxınlaşa bilərsiz. İstər otel, istərsə də tur şirkət olsun yenə də qiyməti aşağı saldırmaq lazımdır, azərbaycanlıyıq axı

Balon turu – Hər bir insanın həyatında azı 1 dəfə etməli olduğu tur. Kapadokya
dünyada azsaylı nöqtələrdəndir ki, eyni anda çox sayda balonu havada görə bilərsiniz. Qiymətlər 200 TL və sonsuzluq arasında artır. Bütün balon şirkətləri səhər 3:30 radələrində sizi avtobusla qaldığınız oteldən alır, balon uçan sahəyə gətirir, orada həm kiçik səhər yeməyi yeyirsiz həm də sahədə uçmağa hazırlanan yüzlərlə (onlarla)

balonun uçuşa hazırlıq sisteminə baxırsınız. Hava idarəsi ok verdikdən sonra balonlara minib uçmaq olar. Uçuş bitdikdən sonra isə şampan partladıb, sertifikatlarınızı ala bilərsiniz. Daha sonra avtobus sizi saat 8 ərəfələrində otelə qaytaracaq. Bahalı balon şirkətləri ilə aradakı tək fərq uçuş saatının 1 saat olmasıdır, bir də bəzi bahalı şirkətlər endikdən sonra sertifikat yerinə medal kimi

şeylər verirlər. Yəni ki, elə də böyük fərq yoxdur, çox pul xərcləməyə dəyməz. Bir də hava şəraitindən asılı olaraq balonlarlar 3-4 gün dalbadal uçmaya da bilər, balon uçmasa hər növbəti gün yenidən aparırlar, lakin artıq sizin qalmağa vaxtınız yoxdursa pulunuzun tamamını geri verirlər.

 

ATV Turu – Balonla yarışa biləcək aktivite. Qiymətlər yenə də dəyişir. 1 saat 60 TL 2 saat 80 TL. Gündüz və Sunset deyilən 2 saatlıq turlar olur. SUNSET məsləhətlidir, həm gündüz həddən artıq isti olur, həm də sunsetdə təpənin başından gün batımını izləyə bilərsiniz. İki saatlıq sunset tur üçün 80 TL ödədik. 1 ATV-də iki nəfər otura bilər və yerinizi dəyişərək 40 TL ödəyə bilərsiniz. Mən  qorxduğumdan rəhbərin arxasında oturmuşdum və 50 TL ödədim, bir qədər getdikdən sonra rəhbər ilə yerlərimizi dəyişdik J Öndə mütləq rəhbər gedir və arxada siz, maşın yoluna demək olar ki, çıxmırsınız daha çox dağlıq yollarla gedirsiniz. Rəhbərin gözü həmişə üstünüzdə olur. Əgər qorxmursunuzsa rəhbər yolda müxtəlif tryuklar da edir (təbii mən qorxduğumdan çox icazə vermədim)). ATV turunda kiçik qrupla getməyiniz daha məsləhətlidir, məsələn biz cəmi 2 ATV ilə getmişdik (rəhbərin sürdüyü daxil olmaqla). Say çox olanda rəhbər sizə istədiyiniz diqqəti ayıra bilməyəcək. Tur daxilində Görəmədə dağlıq ərazidə  yerləşən məşhur ərazilərə bir-bir getdik. Əlavə olaraq rəhbər maraqlı şəkillərinizi də çəkir. Rəhbərin adı ALİ idi kimsə getsə məsləhət görürəm.

 

 

Rəngli Turlar – Kapadokya bölgəsində saysız hesabsız gəzilib görüləcək yer var.

 

Ona görə də bu yerlər rənglər üzrə qruplaşdırılıb və turistlərə qırmız tur, mavi tur və sair kimi təklif edilir. Ən əsas turlar qırmızı və yaşıl turdur (hər biri 100 TL). Hər bir turda səhər saat 9-da sizi otelinizdən alıb axşam saat 5-6-ya kimi otelinizə geri qaytarırlar,həmçinin də  1 dəfə yemək və muzey biletləri ilə pulsuz təmin edirlər.

 

Qırmızı turu atv turu ilə demək olar ki, gəzdiyimizdən yaşıl turu seçdik.

Yaşıl tura Ihlara vadisi, Selimə manastrı, Güvercinler vadisi, Derinkuyu yeraltı şehri ve s yerlər daxil idi. Ən çox
təsirləndiyim yeraltı şəhəri, pəri bacaları və monastr idi.

 

Digər – İstəsəniz at turu (70 TL), motosikl turu, icarə velosiped  də götürə bilərsiniz.

 

Unutmamışkən qeyd edim ki, ilk əvvəl yaxın yerləri piyada və ya avtobusla gəzməyi nəzərdə tutmuşduq amma getdikdən sonra bunun praktik olaraq mümükün olmadığını anladıq. Digər bir variant icarəyə maşın götürüb gəzməkdir. Muzey kimi yerlərə giriş biletləri təxmini 20-30 TL idi.

Xoş istirahətlər

Müəllif Nigar Eyvazova

Mənbə: nniftaliyev.wordpress.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın