Menu
Geri İrəli

Karbamid zavodu nə vaxt istifadəyə veriləcək? – Direktor vaxt açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur

469814SOCAR-ın Sumqayıtdakı karbamid zavodunun tikintisi üzrə işlərin 40 faizdən çoxu başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov deyib.

Onun sözlərinə görə, layihə üzrə işlər 80 faizdən çox başa çatıb, ətraflı layihələndirmə mərhələsi yekunlaşıb.

X.Cəfərov qeyd edib ki, Asiya, Avropa və Amerikanın qabaqcıl şirkətlərinin istehsalı olan avadanlığın 96 faizindən çoxu artıq Azərbaycandadır və hazırda onların zavodda quraşdırılması və montajı aparılır.

O əlavə edib ki, yeraltı kommunikasiya və boru kəmərlərinin çəkilməsi də başa çatıb: “Hazırda metal və digər yerüstü konstruksiyaların montajı üzrə işlər aparılır. Plana əsasən, tikinti 2017-ci ilə yekunlaşacaq, bundan sonra sınaq yoxlamalarına başlanılacaq”.

“SOCAR-ın Sumqayıtdakı karbamid zavodunun tikinti layihəsinin dəyərini xərclərin optimallaşdırılması hesabına 700-750 milyon avroyadək azaltmaq mümkün olub”, – Xəyal Cəfərov deyib.

Daha əvvəl zavodun dəyəri 900-920 milyon avro qiymətləndirilirdi.

Onun sözlərinə görə, hazırda vergilər də daxil olmaqla zavodun tikinti dəyəri 700-750 milyon avro qiymətləndirilir: “Bu, zavodda istehsala başlamaq üçün zəruri olan investisiya məbləğidir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın