Menu
Geri İrəli

Keçmiş mer Bakıdan qayıdarkən qəzaya düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2017 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

QEZA3Tbilisinin keçmiş meri Vano Zodelava Gürcüstan paytaxtının kənarında baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdədir.

sumqayitxeber.com-un  Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Vano Zodelava Azərbaycandan qayıdarkən qəzaya düşüb.

Bu gün – 23 iyulda məlum olub ki, o 22 iyul gecəsi Kvemo Poniçala ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Yolda “Mersedes”, “Honda” və “Opel” markalı avtomobillər toqquşub. “Opel”in sürücüsü hadisə yerində ölüb.

Azərbaycandan Gürcüstana qayıdan 60 yaşlı sabiq mer qəza zamanı ciddi xəsarətlər alıb. O, Tbilisidə New Hospitals klinikasına çatdırılıb və orada onun üzərində kəllə trepanasiyası əməliyyatı aparılıb. Hazırda Zodelava xəstəxananın reanimasiya şöbəsindədir.

Qeyd edək ki, Vano Zodelava 1998-dən 2004-cü ilə qədər Tbilisinin meri vəzifəsində işləyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın