Menu
Geri İrəli

Kəmaləddin Heydərov Qətər şeyxləri ilə birgə – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2016 • Baxış sayı: 275 dəfə • Şərh yoxdur

qeterFövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olub.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Qətər Dövlətinin Baş naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyəti “Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olub.

Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşən nazir ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Səfər çərçivəsində Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Əl Tani ilə də görüşüb. Görüşdə iki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə imkanlarının genişləndirilməsi məqsədilə Birgə Komissiyanın işinin səmərəli təşkilinin vacibliyi qeyd edilib.

Kəmaləddin Heydərov Qətər şeyxləri ilə birgə -   Fotolar
Kəmaləddin Heydərov Qətər şeyxləri ilə birgə -   Fotolar
Kəmaləddin Heydərov Qətər şeyxləri ilə birgə -   Fotolar

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın