Menu
Geri İrəli

Kondisioneri yay rejiminə keçirərkən bu nüanslara diqqət edin – Ziyana düşə bilərsiz / VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2017 • Baxış sayı: 856 dəfə • Şərh yoxdur

kondisionerUstalar kondisioneri qış rejimindən yaya keçirərkən bəzi məqamlara diqqət etməyi tövsiyə edirlər. 25 ildən çoxdur ki, bu məişət avadanlıqlarının təmiri ilə məşğul olan Elmar Ağabalyev deyir ki, ona son günlər kondisonerlə bağlı edilən müraciətlərin sayı artıb. Usta deyir ki, bu problemlə qarşılaşmamaq üçün bəzi nüanslara diqqət etmək lazımdır.Cihazı yay rejiminə keçirən zaman əvvəlcə kondisionerin içərisindəki hava filtirləri təmizlənməlidir. Bununla yanaşı, kondisaneri istifadə edərkən qazının olub-olmamasına da xüsusi fikir vermək lazımdır. Kondisionerin qazının olmaması cihazın az hava verməsindən bilinir. Bu cihazdan düzgün istifadə etmədikdə kondisionerin matoru yanır ki, bunun da düzəldilməsi ölçüsündən asılı olaraq 180-200 manat arasında dəyişir. Ustalar kondisionerin temperaturunu 24 dərəcədə qoyulmasını tövsiyə edirlər. “Xəzər xəbər”in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın