Menu
Geri İrəli

Küləkli hava nə qədər davam edəcək?- HAVA PROQNOZU

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2017 • Baxış sayı: 103 dəfə • Şərh yoxdur

havaBakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiklərindən onların ifadəsini almaq mümkün olmayıb.

Hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bölmə əməkdaşları tərəfindən qısa zamanda isti izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş. Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlə nəticəsində  E. Osmanova da saxlanılıb.

Qeyd edilən faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın