Menu
Geri İrəli

Kürəkən qayınananı bıçaqladı – Qızıgilə qonaq getmişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 605 dəfə • Şərh yoxdur

Şəmkir sakini Gəncədə bıçaqlanıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızıgilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın