Menu
Geri İrəli

Laçın məktəblərində Bilik Günü qeyd olunub -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 608 dəfə • Şərh yoxdur

323232Bu gün Azərbaycanda 15 sentyabr bilik günü qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi Ağcəbədi Rayonu Taxta körpü qəsəbəsində yerləşən Laçın Rayon Təhsil ocaqlarında da bilik günü qeyd olunub. Rayon icra hakimiyyətindən Lacin.info-ya verilən məlumata görə bilik günü ilə əlaqədar rayonunTaxtakörpü qəsəbə, Düşərgə qəsəbə və 37 nömrəli tam orta məktəblərində tədbirlər keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli, Millət vəkili Mahir Abbaszadə, Laçın Rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənov və ictimayyət nümayəndələri iştirak ediblər. Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli rayonun bütün pedaqoji kollektivlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bu il rayon üzrə ali məktəbə 325 nəfərin qəbul olmasını, 57 nəfərin 500-dən, 15 nəfərin isə 600-dən yuxarı bal toplamasını yüksək qiymətləndirən icra başçısı yeni dərs ilində bundan da yüksək göstəricinin əldə edilməsini arzulayıb.

Daha sonra çıxış edən millət vəkili Mahir Abbaszadə bilik günü münasibəti ilə müəllim və şagird kollektivini təbrik edərək yeni dərs ilində onlara uğurlar arzulayıb. Millət vəkili qeyd edib ki, bu il Laçın rayonunun təhsil müəssələri üçün olduqca müvəffəqiyyətli il olub: “Bu il rayon üzrə ali məktəbə 325 nəfərin qəbul olması, onlardan , 57 nəfərin 500-dən, 15 nəfərin isə 600-dən yuxarı bal toplaması son 24 ilin ən yüksək nəticədir. İnanıram ki, növbəti illərdə bu uğurlar daha böyük olacaq”.

Tədbirdə çıxış edən rayon ziyalıları, müəllimlər və valideyinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirdə məktəblilərin ifasında musiqilər, rəqslər, şeirlər səsləndirilib.

Qeyd edək ki, bu il Laçın rayonunun təhsil müəssələrində ümumilikdə 10.895 nəfər şagird təhsil alacaq. Bunlardan 1276 nəfəri 1-ci sinfə gedəcək.

2016-2017-ci dərs ilinə hazırlıqla əlaqədar hazırda rayon üzrə 116 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 4-ü ibtidai, 30-u ümumi orta, 82-si tam orta məktəb, 5-i isə məktəbdənkənar təhsil müəssisəsidir. Laçın rayonunda Şagirdlərin təlim-tərbiyəsi ilə 2648-ə yaxın müəllim məşğuldur ki, onlardan da 37 nəfəri yeni dərs ili ərəfəsində Təhsil Nazirliyinin göndərişi ilə gələn və işlə təmin edilmiş gənc müəllimlərdir. Yeni dərs ili ərəfəsində rayonun ümumtəhsil məktəblərində 9-cu siniflərə dərs deyəcək 70 nəfər müəllim müvafiq regionlar üzrə təşkil edilmiş kurikulum təlim kurslarından keçmiş və lazımi sertifikatlar alıblar.
Həmçinin yeni tədris ili ərəfəsində Rayon Təhsil Şöbəsi tərəfindən rayonunun ümumtəhsil məktəblərinə 69 adda 45634 ədəd dərslik, eyni zamanda 4500 ədəd müəllimlər üçün metodik vəsait paylanılıb.

Laçın məktəblərində  Bilik Günü qeyd olunub

Laçın məktəblərində  Bilik Günü qeyd olunub

Laçın məktəblərində  Bilik Günü qeyd olunub

Laçın məktəblərində  Bilik Günü qeyd olunub

Laçın məktəblərində  Bilik Günü qeyd olunub

Laçın məktəblərində  Bilik Günü qeyd olunub

Facebook Şərhləndirmə:

Şərhinizi yazın