Menu
Geri İrəli

“Land Rover”lə qəzaya düşən rəis generalın bacısı oğludur – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2017 • Baxış sayı: 867 dəfə • Şərh yoxdur
Share Button

a05ae120ab7647a7a533eeaa9a51a852jpgXəbər verdiyimiz kimi, dünən axşam Suraxanıda “Land Rover” “Kamaz”la toqquşub.

sumqayitxeber.com  ”Report”a istinadən xəbər verir ki, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı Cabir Firdovsi oğlu Hüseynov, həm də DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.

Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən “Təcili yardım” maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

***

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qəzaya düşən Cabir Hüseynovun səhhəti qənaətbəxşdir. O hazırda sağ-salamatdır. Əməkdaşlarımız da ona baş çəkməyə gedirlər. Hadisə ilə bağlı araşdırma aparılır.

Fotoda: DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasov


Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın