Menu
Geri İrəli

“Lazım gəlsə, Putinin yanına gedəcəm” – Zirəddin Rzayev

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2016 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

rrr

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev NTV telekanalından 5 milyon rubl tələb edir.

35 yaşlı ekstrasens kanalı artıq məhkəməyə verib. Məlum olub ki, buna səbəb telekanalın ekstrasensin işgüzar reputasiyasına zərbə vurması olub. Z.Rzayevin sözlərinə görə, “Ehtiyatlı olun, şarlatanlar: teleekstrasenslər ruslara necə təsir edir” adlı proqramda onun fotosundan istifadə edilib. Vurulan mənəvi zərərə görə təzminat, həmin süjetin bütün internet platformlardan silinməsi və zərərçəkəndən üzr istənilməsi tələb edilir:

“Onlar məni efirdə tibbi təhsilim və lisenziyamın olmamasında ittiham etdilər. Lakin məndə bütün bunlar var. Mən tibbi psixoloqam və lisenziyalı çoxprofilli klinikada çalışıram.

Mən öz qələbəmi öncədən görürüəm. Qanunun gücünə inanıram. Bu özü artıq proqnozdur. Əgər lazım gələrsə, Putinin yanına gedəcəm və öz haqqımı bərpa edəcəm”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın