Menu
Geri İrəli

Lənkəranda gənclərə biznes bacarıqları mövzusunda təlim keçirilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı, Lənkəran şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşlığı ilə həyata keçirilən “Region Gəncləri Sahibkarlıq Fəaliyyətində” layihəsi çərçivəsində 07-10 noyabr 2015-ci il tarixlərində Lənkəran şəhərində gənclərə biznes bacarıqları mövzusunda təlim təşkil edilmişdir.

Təlimin açılış mərasimində çıxış edən Lənkəran şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Yalçın Əhmədov və layihənin koordinatoru Rafiq İsmayılov, ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin əhəmiyyətindən, habelə təlimin məqsəd və vəzifələri haqqında öz fikirlərini bölüşdülər. Daha sonra təlimçi Kənan Aslanlı 4 günlük təlimin strukturu haqqında qısa məlumat vermişdir. 4 günlük təlimdə gənclər biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi haqqında nəzəri biliklərə yiyələnmişdir. Gənclər biznes ideyanın seçilməsindəki əsas meyarlar, habelə marketinq araşdırmasında metodologiyaları, habelə biznes planın tərtibində maliyyə vəsaitlərinin, risklərin hesablanması, onların texniki əsaslandırması, maliyyə axını və xərclərin hesablanması və digər elementləri 5 işçi qrupunda praktiki formada tətbiq etdilər. Təlim iştirakçıları təlimdə tələbə yataqxanasının təşkili, kitab kafesi, suvenir istehsalatı, kinoteatrın tikilməsi, habelə turizm və əyləncə mərkəzinin qurulması kimi biznes ideyaları seçərək əldə edilən nəzəri bilikləri praktiki formada tətbiq etdilər.

Təlimin sonunda təlim iştirakçılarına sertfikat, habelə layihə çərçivəsində nəşr edilmiş “Gənclərin Sahibkarlıq Fəaliyyəti üçün Əyani Vəsait” kitabı paylanılmışdır.

1447225943_img_8451 1447225951_img_8615 1447225993_img_8675 1447226018_img_8502

Facebook Şərhləndirmə:

Şərhinizi yazın