Menu
Geri İrəli

“Lotu Quli” Gürcüstandan çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur
Share Button

quluÖtən gün 21 illik həbs həyatından sonra azadlığa buraxılan “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov doğulduğu Gürcüstanı tərk edib.

sumqayitxeber.com xəbər verir ki, Lent.az-ın “Lotu Quli”yə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti Azərbaycanda azadlığa buraxıldıqdan sonra bu ölkəyə, doğma kəndinə gedən kriminal aləm nümayəndəsinə ölkəni dərhal tərk etməsi barədə qeyri-rəsmi xəbərdarlıq edib.

Bildirilir ki, oğru dünyasının nümayəndələrinə qarşı sərt qanunları ilə seçilən Gürcüstan Nadir Səlifovun ölkədə bir gündən artıq qalmasına imkan verməyib.

“Qanuni oğru”nun yeni ünvanı da bəllidir. Məlumata görə, o, artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçib. “Lotu Quli”nin bir müddət İstanbulda yaşayacağı və öz işlərini buradan görəcəyi iddia edilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın