Menu
Geri İrəli

Lotu Qulinin İstanbulda – İlk fotosu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 752 dəfə • Şərh yoxdur
Share Button

Azadlığa çıxmış “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) İstanbuldadır.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, kriminal avtoritet ailəsinin və yaxın dostlarının əhatəsindədir.

Nadir Səlifovun azadlığa çıxdıqdan sonrakı ilk fotoşəkli əldə edilib. Şəkildə kriminal avtoritet qardaşı, “qanuni oğru” Namiq Səlifovla yanaşı durub.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın