Menu
Geri İrəli

Lütvi Zadənin xalası qızı: “O, Amerikanı unuda bilməz”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2017 • Baxış sayı: 460 dəfə • Şərh yoxdur
Share Button

9598afe3d6a80e7fa8823577711a91d6“Lütvi Zadənin vəziyyəti stabil və yaxşıdır”. Bunu Kulis.az-a açıqlamasında alimin xalası qızı rejissor, Azərbaycanın Xalq Artisti Cənnət Səlimova söyləyib.

Qohumuna dəymək üçün Amerikaya getməyə hazırlaşdığını bildirən Cənnət Səlimova onunla bir neçə gün əvvəl əlaqə saxladığını söyləyib: “Mənə zəng edib başsağlığı verdilər, qorxdum, tez ona zəng etdim. Amma onunla yox, onun yanında qalan tibb bacısıyla danışdım. O dedi ki, Lütvi Zadə yaxşıdır, yanımda oturub, yemək yeyir. Həkim də dedi ki, normaldır, onunla bağlı hər şey yaxşıdır. Bilirsiniz, onun 95 yaşı var, telefona gələ bilmir, ona danışmaq, hərəkət etmək çətindir. Amma mənə dedilər ki, vəziyyəti yaxşıdır və həkimlərin nəzarətindədir.

O ki qaldı vəsiyyətə, bu cəfəngiyatdır, mən belə bir şey eşitməmişəm, o vəsiyyət etməyə hazırlaşmır. Azərbaycan onun vətənidir, amma unutmaq da olmaz ki, o, ömrünün çoxunu, 70 il Amerikada yaşayıb, Amerika ona işləməyə şərait verib, dahiyanə alim edib. O universitet praktiki olaraq onun universitetidir. Amerika ona çox şey verib, o Azərbaycanı sevib də Amerikanı unuda bilməz. Onun atası da, anası da orada dəfn olunub. Arvadı da həm də bu yaxınlarda orada dəfn olunub və o, arvadını çox sevirdi. O, arvadının ölümünü pis keçirdi. Onun oğlu Norman var, hər şeyə o qərar verəcək. Bu məsələlər mənim işim deyil. Bu sadəcə qohum kimi mənim acımdır.

Mən bu vəsiyyət məsələsi ilə bağlı danışmaq da istəmirəm. Lütvi Zadə haqda canlı, normal adam kimi düşünürəm və məncə insan haqqında başqa cür düşünmək, danışmaq ayıbdır.”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın