Menu
Geri İrəli

Magistr və doktorantlar əsgər getməyəcək – Prezident təsdiqlədi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 626 dəfə • Şərh yoxdur

bd052e384156a805f3112a0a2707aa0aPrezident İlham Əliyev“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.

“Report”un məlumatına görə, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək yalnız bakalavriat pilləsində təhsil alanlara verilirdi. Ancaq bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Həmçinin sənədlə xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.

Eyni zamanda, qanunla mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın