Menu
Geri İrəli

Məcburi köçkünlərə güzəştli kredit veriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2016 • Baxış sayı: 94 dəfə • Şərh yoxdur

1459232566566283136_554x360Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlaxda müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Fins.az-ın məlumatına görə, fond 2016-cı il martın 17-də Yevlax şəhərində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün sahibkarlarla işgüzar forum keçirib. Forumda sahibkarlara təklif edilib ki, aşağıdakı istiqamətlər də investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər versinlər. Bunlar:

- cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə balın emalı) yaradılması;

- pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın