Menu
Geri İrəli

Məcburi köçkünlərə yemək xərci verilməsi qaydaları dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

18092761Bu gündən etibarən bir qisim məcburi köçkünlərə büdcədən verilən yemək xərcləri dayandırılır. Gələn ildən etibarən isə yeni doğulan məcburi köçkün uşaqlara yemək xərci üçün aylıq müavinət verilməyəcək. Bunlar “məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimat”da edilən dəyişikliklərdə əksini tapıb.

Bu gündən qüvvəyə minən dəyişiklərə əsasən bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Dəyişklərin əsas şamil olunduğu insanlar isə xüzusu xidmət orqanlarında işləyən məcburi köçkünlərdir. Qeyd edək ki, indiyədək hüquq-mühafizə orqanlarında xidmət edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilmirdi. İndi bu məhdudiyyət yalnız zabitlərə şamil olunacaq. Yəni zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət edənlər ərzaq payı əvəzinə verilən pul kompensasiyası ilə yanaşı yemək xərci üçün aylıq müavinət də alacaqlar.

Digər dəyişikliyə əsasən, məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə isə bu gündən yemək xərci üçün aylıq müavinət verilməyəcək. Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın