Menu
Geri İrəli

Mədət Quliyev Putinlə görüşə gedir

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2017 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur

medetSabah Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin XIV iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə Kremldə görüşəcək.

sumqayitxeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti MDB ölkələrinin kəşfiyyat cameələri arasında fəaliyyətin koordinasiyasının təkmilləşdirilməsinin beynəlxalq terror təhlükəsinin artdığı bir vaxtda mühüm əhəmiyyət daşıdığını bildirir.

MDB xüsusi xidmət rəhbərlərinin müşavirəsi bu gün aprelin 4-də Moskvada işə başlayıb. Müşavirədən sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin press-bürosunun rəhbəri Sergey İvanov bildirib ki, MDB üzvü olan ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri hər şeydən əvvəl terrorçuluqla mübarizədə əməkdaşlığı davam etdirməyə razılaşıblar.

“Yekun memorandumunda iştiraçılar çoxtərəfli əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyiblər. MDB ölkələrinin həyati maraqlarına toxunan əsas təhdidlər qismində beynəlxalq terrorçuluq, dini və siyasi ekstremizm göstərilib”-İvanov deyib.

Moskvada keçirilən iclasda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyev, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Sultanov, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general Kutoyan, Belarus KQB-sinin sədri, general Vakulçik, Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru, general Bayjanov, Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri İnoyatov və digərləri iştirak ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın