Menu
Geri İrəli

Mədət Quliyevdən əmr: Aygün Kazımovaya DTX-da vəzifə verildi – Xalq artistindən ilk AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2017 • Baxış sayı: 1,575 dəfə • Şərh yoxdur

aygunXalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.

Bu barədə xalq artisti Metbuat.az-a açıqlamasında deyib: “Bu gün keçirilən tədbir çox gözəl təsir etdi. Respublika gününə həsr olunmuş bu yürüyüş, bu tədbir çox nümunəvi bir hərəkətdir. Çox həyəcanlıydım, yaxşı mənada. Səhnədən cənab nazirimizə müraciət etdim ki, bəlkə sizin nazirliyin solisti olum? Həmin dəqiqə mənə müsbət cavab gəldi. Bu vəzifəni sevərək və qürurla yerinə yetirəcəm”.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən “28 MAY – Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın